Türkiyənin “Beşiktaş” klubunun yay “transfer pəncərəsi”ndə heyətinə qatacağı futbolçulardan biri müəyyənləşib.
ONA-nın məlumatına görə, İstanbul klubu Yasin Dülgəri transfer etməyə qərar verib.
3-cü liqada çıxış edən “Nazilli Bələdiyyəspor”da forma geyinən 23 yaşlı sol cinah yarımmüdafiəçisi məhsuldarlığı ilə “Beşiktaş” skautlarının diqqətini cəlb edib. “Boluspor”dan icarəyə götürülən Y.Dülgər 28 matçda 16 qol vurub və 15 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, qış fasiləsində Super Liqanın digər komandası “Kasımpaşa” da Y.Dülgəri heyətinə qatmaq niyyətində idi.