• İDMAN

    16:35 2 aprel 2019

“Beşiktaş” Xorvatiya yığmasının futbolçusunu icarəyə götürür

Türkiyənin “Beşiktaş” klubunun yay “transfer pəncərəsi” üçün hədəfi müəyyənləşib.

ONA-nın məlumatına görə, İstanbul klubu Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiçi heyətinə qatmaq niyyətindədir.

Hazırda icarə əsasında Rusiyanın MOİK klubunda çıxış edən futbolçu İngiltərə “Everton”una məxsusdur. Türkiyə təmsilçisinin nümayəndələri Rusiyaya səfər edərək futbolçunu Premyer Liqa matçında da izləyiblər.

“Beşiktaş” rəhbərliyi N.Vlaşiçin transfer hüququna yiyələnmək deyil, icarəyə götürməklə kifayətlənəcək. Lakin Liverpul təmsilçisinin özü də xorvatiyalını heyətində saxlamaq barədə düşünür.

Qeyd edək ki, N.Vlaşiç cari mövsüm Rusiya Premyer Liqasının 18 matçında 5 qol vurub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR