21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan milli komandanın iki üzvü heyətdən kənarlaşdırılıb.
Bunlar MOİK-in üzvü Abbas Ağazadə və Türkiyə “Beşiktaş”ının oyunçusu Hüseyn Seyliğlidir. Hər iki futbolçu zədəli olduğu üçün komandanın düşərgəsində yer almayacaq.