Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan toplantıda 2020-ci ildə təşkil olunacaq yarış və tədbirlərin yeri, həmçinin tarixi dəqiqləşib.
FİG mötəbər turnirlərdən daha birini Azərbaycana həvalə edib. Ölkəmiz aerobika üzrə dünya çempionatının ev sahibi olacaq. Mundial mayın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, bu ilin may ayının 16-19-da aerobika üzrə Avropa çempionatı da Bakıda təşkil olunacaq.