Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlayıb.
O bildirib ki, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.