• İDMAN

    16:03 25 may 2019

BNA-da 24 saat fəaliyyət göstərən qərargah yaradılıb

Avropa liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyi və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması üçün Bakı Nəqliyyat Agentliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

ONA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR