16 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, mayın 1-dən 5-dək Bakıda təlim-məşq toplanışında olacaq, mayın 6-dan 11-dək isə Belarusun paytaxtı Minskdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək millimizə 20 futbolçu çağırılıb.
Yığmanın heyətində üç legioner yer alıb. Bunlar Almaniyanın “Bohum” klubunun üzvü Nisrine Zerioul və Türkiyənin ALG Spor komandasından dəvət alan İrəm Bir, Səmanur Arzıkdır.
Yığmamızın heyətində aşağıdakı futbolçular yer alıblar: İlahə Əkbərova, Milana Rəhimova, Lamiə Əlizadə, Rübabə Atakişizadə, Pərvin Səfərəliyeva, Fatimə Əhmədli (hamısı 8-İOEUGİM), İrəm Bir, Səmanur Arzık (hər ikisi ALG Spor, Türkiyə), Nisrine Zerioul (“Bohum”, Almaniya), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi “Fidan”), Nahidə Məmmədova (“Gənclik”), Ləman Mustafazadə (“İmişli”), Nərgiz Əliyeva, Züleyxa Zamanlı, Jasmin Abdullayeva (hamısı “Keşlə”), Samirə Aşırova, Aysun Muradova, Nübar Eminova, Nigar Bayramova (hamısı “Qubek”).