Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiada iştirakçılarına verdiyi vəsaitin qaldırılması gündəmə gəlib.
ONA-nın məlumatına görə, bununla bağlı iddianı Almaniyanın peşəkar idmançılarını özündə birləşdirən müstəqil “Athleten Deutschland” təşkilatı qaldırıb.
Qurum BOK-un yarışdan əldə etdiyi gəlirin artdığı üçün bundan idmançılara da pay düşməsini tələb edir. Beynəlxalq Olimpiya Federasiyaları Assosiasiyanın hesablamalarına əsasən Yay Olimpiya Oyunlarının gətirdiyi qazancın son 8 ildəki artımı böyük olub.
Pekin-2008-də 297 milyon dollar qazanan BOK Rio-2016-da 540 milyon əldə edib. Bu məbləğin böyük hissəsi federasiyalar arasında bölüşdürülüb.
Almaniyalı idmançılar qazancın artmasının iştirakçı idmançıların adlığı vəsaitdə də əksini tapmasını istəyir. Təşkilatın daha bir istəyi isə bu məbləğin necə bölüşdürülməsi barədə idmançıların məlumatlandırılmasıdır.