Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.
ONA-nın məlumatına görə, Vaqif Şirinovun komandası növbəti təlim-məşq toplanışı üçün Sumqayıtda bir araya gəlib.
Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərə aprelin 21-dən başlanılıb və mayın 4-də yekun vurulacaq.
Toplanış Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır. Rusiyadakı yarış mayın 5-12-də olacaq.