Bu gün yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirinə start veriləcək.
Boks Federasiyasından ONA-ya verilən məlumata görə, Xırdalanda Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edəcəklər. 114 idmançının qatıldığı “Heydər Əliyev Kuboku-2019″un final görüşləri mayın 1-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 52 yeniyetməni sınaqdan keçirəcək.
Qeyd edək ki, yarış saat 15:00-da başlayacaq.