• İDMAN

    11:10 20 may 2019

Boliviyada oyunun gedişində yıxılan hakim dünyasını dəyişib

Boliviya çempionatının XXV turu faciə ilə əlamətdar olub.

ONA-nın məlumatına görə, “Olueys Redi” və “Oriente Petrolero” arasında görüşün hakimi Viktor Urtado dünyasını dəyişib.

Matçın ikinci hissəsində yıxılan 32 yaşlı referiyə klub həkimləri ilkin yardım göstəriblər. Ardınca V.Urtado xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və referi ürək dayanmasından ölüb.

Oyun “Olueys Redi”yə məxsus stadionda keçirilib. El-Alto şəhərindəki arena dəniz səviyyəsindən 4150 metr hündürlükdədir. Bu, dünyada peşəkar futbolun oynanıldığı ən hündürlükdəki stadiondur.

Qeyd edək ki, ehtiyat hakimin idarəçiliyi ilə başa çatan qarşılaşmada “Olueys Redi” 5:0 hesablı qələbə qazanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR