Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi müəyyənləşib.
ONA-nın məlumatına görə, balkanlıları yığmanın sabiq ulduzu Krasimir Balakov çalışdıracaq.
53 yaşlı mütəxəssis bu postda Petar Hubçevi əvəzləyib. Sonuncu AVRO-2020-nin seçmə mərhələsinin ilk iki oyunundan sonra istefa verib.
Müqaviləyə əsasən, K.Balakov işinə iyunun 1-də başlayacaq. Onun anlaşması 2021-ci ilin noyabrına qədər – DÇ-2022-nin seçmə mərhələsi bitənədək nəzərdə tutulub.
Qeyd edək ki, Bolqarıstan seçmə mərhələyə Monteneqro və Kosovo ilə eyni – 1:1 hesablı heç-heçələrlə başlayıb.