“Borussiya” “Zalsburq”un baş məşqçisi ilə müqavilə imzalayıb
  • İDMAN

  • 17:27 10 Aprel 2019

“Borussiya” “Zalsburq”un baş məşqçisi ilə müqavilə imzalayıb

Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun yeni baş məşqçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, yeni mövsümdən Bundesliqa klubuna Marko Roze başçılıq edəcək.

Hazırda Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi olan mütəxəssis Almaniya təmsilçisi ilə müqavilə bağlayıb. O, yeni klubuna köməkçilərindən bir neçəsini də aparacaq.

43 yaşlı almaniyalı bu postda komandadan gedəcəyi öncədən bəlli olan Diter Hekinqi əvəzləyəcək.

Qeyd edək ki, M.Roze 2017-ci ildən “Zalsburq”a rəhbərlik edir. Bunadək isə çalışdırıcı klubun yeniyetmələrdən ibarət komandasında 4 il çalışıb.

Tahir Hümmətov

Teqlər:

OXŞAR XƏBƏRLƏR