• İDMAN

    17:47 22 fevral 2019

“Böyük dəbilqə” Azərbaycan cüdoçuları üçün uğursuz başlayıb

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. ONA-nın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Belə ki, tatamiyə çıxan 7 cüdoçumuz turniri mükafatsız başa vurub. Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) ikinci, Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlo Munxtsedev (57 kq) birinci döyüşündə məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, yarış 3 gün davam edəcək. Növbəti 2 gündə daha 8 idmançımız mübarizəyə qoşulacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR