• İDMAN

    16:19 31 may 2019

Braziliyalı futbolçu: “Azərbaycan həmişə ürəyimizdə yaşayacaq”

“11 ildə yaşadığımız çoxsaylı qələbələr, təlimlər, söz-söhbətlər, dostluq-düşmənlik üçün hamıya təşəkkür edirəm. Ən əsası bu ölkə üçün nələr etdiyimiz və burada özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdır”.

ONA-nın məlumatına görə, bu fikirlər Bakının “Keşlə” klubunun sabiq futbolçusu Denis Silvaya məxsusdur.

11 il legioner həyatı yaşadığı Azərbaycanda indiki klubunadək “Xəzər Lənkəran”la “Neftçi”nin formasını geyinmiş braziliyalı sosial şəbəkədə paylaşım edib. D.Silva Azərbaycanı özünə ikinci vətən saydığını bildirib: “Təəssüf ki, getmək vaxtı çatdı. Bu mərhələ bitdi. Bilmirəm, bizi xatırlayan, darıxan olacaq, ya yox. Amma əmin olun, biz həmişə ikinci vətənimiz üçün darıxacağıq. Çünki biz Azərbaycanı hiss edirik. Bu ölkə bizim həyatımızın bir hissəsi olub. Biz burada evlənmişik, qızımız burada dünyaya gəlib. Biz Azərbaycanda yaşamışıq. Azərbaycan da həmişə ürəyimizdə yaşayacaq. Təşəkkürlər Azərbaycan!”.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2008-10-cu illərdə “Xəzər Lənkəran”, 2010-12 və 2013-15-ci illərdə “Neftçi”, 2015-19-cu illərdə “Keşlə”nin (əvvəlki “İnter”) şərəfini qoruyub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR