• İDMAN

    16:22 23 aprel 2019

Bundesliqa klubunun yeni baş məşqçisi bəlli olub

Almaniya Bundesliqasında çıxış edən “Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, yeni mövsümdən “canavarlar”ı Oliver Qlasner çalışdıracaq.

Hazırda Avstriyanın LASK klubuna rəhbərlik edən mütəxəssis yeni mövsüm ərəfəsində “Volfsburq”un “sükanı arxası”na keçəcək. O, bu postda indiki baş məşqçi Bruno Labbadianı əvəzləyəcək.

Qeyd edək ki, O.Qlasner LASK-dan öncə “Red Bull” və “Rid”in baş məşqçisi olub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR