• İDMAN

    09:24 14 may 2019

Bundesliqaya qayıdan “Köln”ün yeni baş məşqçisi müəyyənləşib

Almaniyanın “Köln” klubunun yeni baş məşqçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, Bundesliqaya qayıdan komanda Ahim Bayerlortserlə anlaşıb.

Onunla iki illik müqavilə imzalanıb. Cari mövsümdə II Bundesliqada çıxış edən “Reqensburq”u çalışdıran mütəxəssis “Köln”ün baş məşqçi postunda Andre Pavlakı əvəzləyib.

Qeyd edək ki, 2000-cu ildən indiyədək 6 dəfə Bundesliqaya yüksəlməklə “Böyük beşlik” çempionatlarında rekord vuran “Köln” üçqat Almaniya çempionudur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR