• İDMAN

    09:31 27 mart 2022

Burak Elmasa etimad göstərilməyib, “Qalatasaray”da seçki keçiriləcək

İstanbulun “Qalatasaray” klubu prezident və idarəetmə strukturlarının yenidən formalaşdırılması üçün seçkilərə gedəcək.

ONA-nın xəbərinə görə, İdarə Heyətinin toplantısında klubun prezidenti Burak Elmasın 2021-ci il ərzində fəaliyyəti məqbul sayılmayıb.

Buna görə də yenidən seçki keçirilməli, prezident və İdarə Heyətinin üzvləri seçilməlidir.

Yeni seçkilərin keçiriləcəyi tarix, Burak Elmasın yenidən prezidentliyə namizəd olub-olmayacağı hələ ki, məlum deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR