“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan ONA-ya verilən məlumata görə, Bakı təmsilçisi Cavid Hüsynovla anlaşıb.
31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.
O, "Zirə"yə keçidini klubunun saytına şərh edib: "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə, bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığıma görə şadam".