• İDMAN

    22:36 28 may 2019

"Çelsi" Bakı finalı öncəsi son məşqinə çıxıb - FOTOSESSİYA

İngiltərənin "Çelsi" futbol klubu "Arsenal"la keçirəcəyi Avropa Liqasının finalından öncə Bakı Olimpiya Stadionunda açıq məşqə çıxıb.

ONA-nın məlumatına görə, paytaxtımıza bir gün öncə gələn "zadəganlar"ın həlledici oyun üçün son hazırlığı bir saat davam edib.

Məşq media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq. Görüş saat 23:00-da start götürəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR