İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.
ONA-nın məlumatına görə, Fransa millisinin hücumçusu ilə anlaşma daha bir illik uzadılıb.
O.Jiru 2019/20 mövsümündə də “Çelsi”nin şərəfini qoruyacaq. 2018-ci ildən London klubunda çıxış edən forvard cari mövsüm Premyer Liqanın 27 matçında 2 qol vurub.
Qeyd edək ki, “Çelsi” cari mövsümdə son oyununu mayın 29-da Bakıda keçirəcək. Londonlular Avropa Liqasının finalında həmşəhərliləri “Arsenal”la görüşəcək.