İngiltərənin “Çelsi” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa itki ilə çıxmaq təhlükəsi ilə üzləşib.
ONA-nın məlumatına görə, London təmsilçisinin futbolçusu Ruben Loftus-Çikin mayın 29-dakı matçdakı iştirakı sual altına düşüb.
Buna futbolçunun zədələnməsi səbəb olub. “Nyu-İnqlend Revolution”la yoxlama görüşündə xəsarət alan yarımmüdafiəçi bu səbəbdən əvəzlənib. Futbolçunun “Arsenal”la görüşdəki iştirakı müayinələr və müalicənin axarından asılı olacaq.
Qeyd edək ki, “Çelsi” yoxlama oyununda 3:0 hesabı ilə qalib gəlib.