• İDMAN

    09:51 26 fevral 2019

“Çelsi” məşqçinin qərarı ilə razılaşmayan qapıçını cəzalandırıb

İngiltərənin “Çelsi” klubu Liqa Kubokunun “Mançester Siti” ilə final oyunu zamanı yaşanan münaqişə ilə bağlı qərarını açıqlayıb. ONA-nın məlumatına görə, London təmsilçisinin rəhbərliyi baş məşqçi Maurisio Sarri və qapıçı Kapa Arrisabalaqa arasında yaşanan anlaşılmazlığı araşdırdıqdan sonra müvafiq addım atıb.
Matçın 118-ci dəqiqəsində əvəzlənməkdən imtina edən ispan qapıçı və onun belə hərəkətinə sərt reaksiya verən italiyalı mütəxəssisdən izahat alan rəhbərlik günahkarı müəyyənləşdirib. Qolkiper bir həftəlik maaşı məbləğində cərimələnib. Bu vəsait “Chelsea Foundation” xeyriyyə fonduna köçürüləcək.
Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan final oyununun penaltilər seriyasında “Mançester Siti” 4:3 hesabı ilə qalib gəlib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR