“Çelsi” və “Arsenal” start heyətini açıqlayıb
  • İDMAN

  • 21:59 29 May 2019

“Çelsi” və “Arsenal” start heyətini açıqlayıb

Avropa Liqasının Bakıda keçiriləcək final oyununun start heyətləri açıqlanıb. 

ONA-nın məlumatına görə, saat 23:00-da başlayacaq görüşdə Bakı Olimpiya Stadionuna çıxacaq İngiltərənin “Çelsi” və “Arsenal” klubları güvənəcəyi futbolçuları müəyyənləşdiriblər. 

Yarışın tarixində ilk dəfə protokola 23 oyunçunun adını daxil edən komandaların start “11-liyi” və ehtiyatda qalan futbolçuları aşağıdakı kimidir: 

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri

Ehtiyat oyunçular: 13. Villi Kaballero, 52. Camye Kumminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qanzalo İquayn, 21. Davide Zappakosta, 22. Villiam, 24. Qari Kehill, 44. Ethan Ampadu, 51. Konor Galleqer, 55. George Makeaçran
Baş məşqçi: Maurisio Sarri 

“Arsenal”: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleks Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytland-Nayls, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Mohamed Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danni Velbek, 25. Karl Cenkinson, 29. Matteo Gunduzi, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukayo Saka
Baş məşqçi: Unay Emeri

Qeyd edək ki, "Çelsi" "Arsenal"dan fərqli 22 oyunçu sifariş edib. 

OXŞAR XƏBƏRLƏR