Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın məlumatına görə, bu ada İngiltərə “Çelsi”sinin futbolçusu Olivye Jiru yiyələnib.
1/8 final mərhələsinin Kiyev “Dinamo”su ilə səfərdəki cavab oyununda (5:0) üç qol vuran fransalı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib gəlib. Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb.
O, Pyer-Emerik Obameyanq (“Arsenal”), Tomaş Souçek (“Slaviya”) və Jonası (“Benfika”) qabaqlayıb.