• İDMAN

    20:58 28 may 2019

"Çelsi"nin futbolçusu: "Biz tarix yazacağıq, hamı qalib haqqında danışacaq"

"Çelsi"nin kapitanı Sesar Aspilikueta və müdafiəçi David Luis Bakıda mətbuat konfransı keçirib.

ONA-nın məlumatına görə, sabah paytaxtımızda "Arsenal"la Avropa Liqasının finalı öncəsi KİV nümayəndələrinin suallarını cavablandıran futbolçular iddialı danışıblar.

- Məşqçiniz dedi ki, sizi çox sevir. Qeyd etdi ki, gələcək qərarlarında bunu nəzərə alacaq. Siz onun gələcəyi haqqında nə düşünürsüz?
S.A.
- Biz hiss edirik. İyul ayından etibarən onunla çox intensiv işləyirik. Bunun nəticəsində biz çox güclü komanda olduq və finaldayıq. Hesab edirəm ki, biz buna layiqik. Gələcək haqqında fərziyyələr söyləmək istəməzdim.

D.L. - Hər şey gərgin işləməkdən asılıdır. Sarri elə bir şəxsdir ki, futbola güclü ehtirası var. Bizdə də inam yaradıb. Hər şey özümüzdən asılıdır. Mövsümə pis başlasaq da, özümüzə inanırıq.

- “Çelsi”nin sabiq ulduzu Essyen hazırda Azərbaycanda çıxış edir. Bununla bağlı onunla nəsə danışmısız?
D.L.
- Mən onunla danışmışam, ölkə və şəhər haqqında söhbət etmişik. Burda olmaqdan həzz alırıq.

- “Arsenal”ın məşqçisi dedi ki, “Çelsi” artıq ÇL-yə vəsiqə qazandığı üçün onlarda təzyiq bizdən daha azdır...
S.A.
- Mən elə düşünmürəm. Biz “Çelsi”yik və həmişə titul üçün mübarizə aparırıq. ÇL-yə vəsiqə başqa, Avroliqada qalib gəlmək isə başqadır. 7 ildir ki, burda çıxış edirəm. Həmişə stadiona eyni fikirlə gəlirəm, bütün matçlara qalib gəlmək üçün çıxırıq. Belə olmayanda isə çox məyus oluruq.

D.L. - Hər iki komanda üzərində böyük təzyiq var. Avroliqa özü böyük yarışdı və hamı bunu qazanmaq istəyir.

- Siz artıq “Çelsi”də bir neçə ildir oynayırsız. Əgər nəsə qazanmasanız, bu mövsümü uğursuz hesab eləmək olar?
S.A.
- Biz mövsümün əvvəlindən həmişə titul üçün mübarizə aparırıq. Avroliqa da bizim üçün çox önəmlidir. Titul qazanmaq həmişə vacibdir. Bizdə də bu qələbə aclığı var.

D.L. - Əsas məsələ qələbə qazanmaq yox, onun uğrunda mübarizə aparmaqdır. Karabao kubokunda titula çox yaxın idik, amma penalti zərbələrində uduzduq. Sabah isə çox çalışacağıq ki, qələbə qazanaq.

- Sabah siz kapitan olacaqsınız və kuboku qaldıracaqsınız. Nə vaxtsa belə bir xayalınız var idi?
S.A.
- Uşaqlıqda bu haqda arzulayırdım və bu çox qürurverici məqamdır. “Çelsi”də kapitan olmaq şərəfdir. Düşünürəm ki, sabah kubok qaldırmaqdan daha çox oyun haqqında düşünməliyik.

- Sarri dedi ki, fevraldan sonra komandada müəyyən dəyişiklik oldu. Bu necə baş verdi?
D.L.
- Həyatda nəyisə dəyişmək istəyirsənsə, bunu anlamaq lazımdı. Biz də bunu başa düşdük və sirrimiz budur. Komanda güclüdür və titula layiqdir. Amma dayanmadan işləməliyik və yeni hədəflərə getməliyik. Yalnız ağıllı insanlar dəyişə bilərlər.

- İki London komandası Bakıda mübarizə aparacaq. Siz qələbə qazansanız karyeranız üçün nə dərəcədə önəmli olacaq?
S.A.
- Əlbəttə, bu bizim karyeramız üçün əlavə bir titul olacaq. Yaxşı imkanımız var.

D.L. - Böyük oyun olacaq, yaxşı final olacaq. Biz tarix yazacağıq, hamı qalib haqqında danışacaq. İstəyirik ki, bunu “Çelsi” qazansın.

- “Qarabağ”a qarşı bu stadionda oynamışdınız. Necə xatırlayırsınız?
D.L.
Çox möhtəşəm stadionda əla oyun olmuşdu. Hər şey gözəl xatirəmdədir. Yaxşı təəssüratlarım var.

- Oyunun gec saatlarda olması sizin üçün çətin olmayacaq?
D.L.
- Düşünürəm ki, gec olması bizim üçün adaptasiya baxımından daha yaxşıdır. Amma burada yaşayan azarkeşlər üçün oyunun saat 11-də olması daha çətindir, nəinki bizim üçün.

- “Arsenal” artıq çempionluq mərasimi üçün hazırlıqlar barəsində məlumat verib. Bu barədə nə deyə bilərsiniz?
D.L.
- Bu, normal haldır. Hər komanda pozitiv düşünür.
S.A. - Biz bu barədə nəsə planlaşdırmamışıq, amma o demək deyil ki, qalib gəlmək istəmirik. Hər kəs qələbə qazanmaq istəyir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR