UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. ONA-nın məlumatına görə, son iki qarşılaşmada “Böyük beşlik” çempionatlarının təmsilçiləri üz-üzə gəliblər.
Madriddə İspaniya “Atletiko”su İtaliyanın “Yuventus” klubunu qəbul edib. Qarşılaşmanın taleyi matçın sonlarında həll olunub. 2 qol vuran meydan sahibləri inamlı qələbə qazanıblar.
Günün digər görüşü Almaniyada keçirilib. “Şalke” İngiltərənin “Mançester Siti” komandasını sınağa çəkib. Oyunda hesabı qonaqlar açsalar da, Helzenkirhen təmsilçisi fasiləyədək 2 qol vuraraq önə keçib. Görüşün sonluğunda azlıqda qalan Mançester klubu oyunda dönüş yarada bilib. 2 qol vuran Premyer Liqa təmsilçisi səfərdə 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu cütlər arasında cavab oyunları martın 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final
İlk oyunlar
20 fevral
“Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya) – 2:0
Ximenes, 78, Qodin, 83
“Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:3
Bentaleb, 38-p., 45-p – Aquero, 15, Sane, 85, Sterlinq, 90