• İDMAN

    17:18 4 mart 2019

ÇL: “Real” üstünlüyünü qorumağa, “Borussiya” möcüzə etməyə çalışacaq

Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. ONA-nın məlumatına görə, 1/4 finala ilk iki vəsiqə sahibini tapacaq.
Madriddə İspaniya “Real”ı Hollandiya “Ayaks”ını sınağa çəkəcək. Amsterdamda 2:1 hesabı ilə qalib gələn “Kral klubu” ev matçına üstünlüklə çıxacaq. Lakin ispaniyalılar cəzalı Serxio Ramosun xidmətindən məhrumdur. Markos Lorentenin zədədən sonra heyətdə yer alıb-almayacağı sual altındadır. “Ayaks”da isə zədədən əziyyət çəkən Hassan Bande meydana çıxmayacaq.
Almaniyada Dortmund “Borussiya”sı çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. İngiltərədə “Tottenhem”dən üç cavabsız qol buraxan Bundesliqa təmsilçisi bu fərqi aradan qaldırmalıdır. Zədəli Deli Allinin xidmətindən məhrum olan London klubunda Erik Dayer və Hari Vinksin durumuna son anda aydınlıq gələcək. Dortmundlulara isə zədəli Lukaş Pişek kömək edə bilməyəcəksə, Kristian Pulişiçlə bağlı qərar həkimlərin öhdəsinə buraxılıb.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 6-da keçiriləcək iki görüşlə davam edəcək. PSJ (Fransa) “Mançester Yunayted”lə (İngiltərə), “Porto” “Roma” ilə qarşılaşacaq.

Çempionlar Liqası
1/8 final
Cavab oyunlar
5 mart
00:00. “Real” (İspaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. “Siqnal İduna Park” stadionu
İlk oyun – 0:3

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR