• İDMAN

    09:05 18 aprel 2019

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

ONA-nın məlumatına görə, UEFA 1/4 finalın cavab oyunlarında fərqlənən dörd futbolçunu müəyyənləşdirib.

Bunlar “Barselona”nın hücumçusu Lionel Messi, “Ayaks”ın müdafiəçisi Mateys de Liqt, “Tottenhem”in hücumçusu Son Xın Min və “Liverpul”un forvardı Roberto Firminodur. Həftənin futbolçusu azarkeşlər arasında səsvermə ilə bəlli olacaq.

Qeyd edək ki, Messi “Mançester Yunayted”, Son “Mançester Siti” ilə görüşdə dubl edib, De Liqt “Yuventus”la görüşdə qələbə qoluna, Firmino isə “Portu”nun qapısına vurulan toplardan birinə imza atıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR