Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
ONA-nın məlumatına görə, bu mükafata yarımfinalın ilk oyunlarında fərqlənən 4 futbolçu iddia edir.
Hər matçda iki oyunçunu fərqləndirən UEFA yalnız qalib komandaların üzvlərini “dördlüy”ə daxil edib. Bunlar “Liverpul”u (İngiltərə) 3:0 hesabı ilə məğlub edən “Barselona”nın (İspaniya) üzvləri Lionel Messi ilə Luis Suares, “Tottenhem”i (İngiltərə) bir qolla üstələyən “Ayaks”ın (Hollandiya) futbolçuları Frenki de Yonq və Donni Van De Bekdir.
Qeyd edək ki, azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək həftənin oyunçusunun adı sabah açıqlanacaq.