Çempionlar Liqasında pley-off mərhələsinin son 4 cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin Çempionlar yolundakı 5 matçdan sonra qrupun bir addımlığında mübarizə aparacaq bütün komandalar bəlli olub.
Bir gün öncə digər iki cüt dəqiqləşmişdi. Həmin cütlər Liqa yolunda mübarizə aparır.
Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Çempionlar Liqası
Pley-off
Çempionlar yolu
“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)