Qadın və kişi voleybolçular arasında Çempionlar Liqasının finalçılarının adları dəqiqləşib.
ONA-nın məlumatına görə, həlledici görüşlərdə İtaliyanın 3 və Rusiyanın 1 klubu mübarizə aparacaq.
Belə ki, qadınların mübarizəsində Türkiyənin “Vakıfbank” və “Fənərbaxça” klubları Apennin təmsilçiləri ilə bacarmayıblar. Onlar müvafiq olaraq, “Novara” və “Konegliano”ya uduzublar. “Sarı-lacivərdlilər” hər iki görüşdə uduzduğu halda, “Vakıfbank” “qızıl set”də məğlub olub.
Kişi voleybolçuların həlledici görüşündə isə İtaliya "Kuçine-Lube"si Rusiya “Zenit”i ilə qarşılaşacaq. Onlar yarımfinalda müvafiq olaraq, "Belçatov" (Polşa) və "Peruca"dan (İtaliya) üstün olublar. Finalçılar hər iki görüşdə qalib gəlməklə mərhələ adlayıblar.
Qeyd edək ki, “Novara” - “Konegliano” və “Kuçine-Lube" - “Zenit” finalları aprelin 18-də Berlində olacaq.