Çempionlar Liqasının finalında meydana daxil olan azarkeşin kimliyi müəyyənləşib.
ONA-nın məlumatına görə, Madriddə keçirilən “Tottenhem” – “Liverpul” qarşılaşmasının ilk hissəsində meydana daxil olan yarımçılpaq xanımın tanınmış model olduğu üzə çıxıb.
Bu, ABŞ-lı aktrisa və model Kinsi Volanskidir. Tez-tez kişilər üçün jurnalların üz qabığı üçün poza verən xanım populyarlığını artırmaq üçün meydana daxil olub. “İnstagram”da 400 min izləyicisi olan K.Volanski bu hərəkəti ilə rəqəmi xeyli artıracağını planlaşdırıb. Lakin onun meydana necə daxil olduğu müəyyənləşməyib.
****
saat 23:37
Çempionlar Liqasının İspaniyanın paytaxtı Madriddə keçirilən final oyununda xoşagəlməz hadisə yaşanıb.
ONA-nın məlumatına görə, “Tottenhem”lə “Liverpul” arasında qarşılaşma meydana azarkeş daxil olduğu üçün 18-ci dəqiqədə dayandırılıb.
Yarımçılpaq xanım azarkeşin bu hərəkəti baş hakim sloveniyalı Damir Skominanı belə addım atmağa məcbur edib. Təhlükəsizlik xidməti tezliklə fanatı meydandan kənarlaşdırıb və oyun davam etdirilib.
Qeyd edək ki, matçda "Liverpul" 1:0 hesabı ilə öndədir.