Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb.
ONA-nın məlumatına görə, İngiltərə klubları “Liverpul”la “Tottenhem” arasında oyunu sloveniyalı hakimlər idarə edəcək.
İyunun 1-də keçiriləcək matçın baş hakimi Damir Skomina olacaq. Görüş İspaniyanın paytaxtı Madridin “Metropolitano” stadionunda keçiriləcək.
D.Skominaya sloveniyalı yan xətt hakimləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim funksiyasını ispaniyalı Antonio Mateu Lahoz yerinə yetirəcək.
Matçın VAR hakimi hollandiyalı Danni Makkeli təyin edilib. Onun köməkçiləri həmyerlisi Pol van Boekel və almaniyalı Feliks Zvayer olacaq. Ofsaydlara isə digər alman Mark Borş cavabdehlik daşıyacaq.