• İDMAN

    17:15 4 aprel 2019

Çempionlar Liqasının mükafat fondu rekord məbləğə çatdırılıb

Voleybol üzrə Çempionlar Liqasının mükafat fondunda dəyişiklik olub.

ONA-nın Avropa Voleybol Konfederasiyasına istinadən məlumatına görə, başa çatmaqda olan mövsümdən qitənin ən nüfuzlu klub turnirin iştirakçıları ümumilikdə 3 milyon 547 min avro qazanacaqlar.

Bu da yarışın tarixində yeni rekorddur. Cəmi 2 il öncə bu məbləğ 1 milyon 871 min idi. Qısa müddətdə mükafat fondu təxminən 2 dəfə artıb.

Həm kişi, həm də qadınlar arasında mübarizənin qalibi 400 min avro əldə edəcək. Gümüş mükafatçılar 200, yarımfinalda uduzanlar 125 min avro qazanacaqlar. Bundan başqa, hər qələbəyə 15, məğlubiyyət 5 min avro ödəniləcək.

Təsnifat mərhələlərində isə bu rəqəmlər nisbətən aşağı olacaq. I raundda qələbə 2, məğlubiyyət 1,5, II raundda qalib gəlmək 3, uduzmaq 2, III raundda müvafiq olaraq 5 və 2,5, IV raundda isə 7,5 və 3 min avro təşkil edəcək.

1/4 finalda isə qələbəyə 10, məğlubiyyətə 4 min avro veriləcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR