“Adidas” şirkəti Çempionlar Liqası üçün yeni top hazırlayıb.
ONA-nın məlumatına görə, 2019/20 mövsümündən istifadə olunacaq toplar xüsusi dizaynla hazırlanıb.
Qitənin ən nüfuzlu klub turnirində oynanılan topların bir rəngdən ibarət fonları rəngarəngi ilə əvəz olunub. Yeni məhsulun hazırlanmasında DÇ-2018-in topunun istehsalı zamanı tətbiq edilən texnologiyalardan da istifadə edilib.
Qeyd edək ki, Çempionlar Liqasının 2019/20 mövsümündə tətbiq olunacaq toplar avqust ayından satışda olacaq. Yeni topların qiyməti 150 avro təşkil edəcək.