Çingiz Hüseynzadə Avropanın ən yaxşı idmançısının mükafatlandırılmasına qatılacaq
  • İDMAN

  • 15:09 15 May 2019

Çingiz Hüseynzadə Avropanın ən yaxşı idmançısının mükafatlandırılmasına qatılacaq

Mayın 17-19-da Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və AOK-un seminarı keçiriləcək.

ONA-nın məlumatına görə, tədbirdə ölkəmizi AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.

Yığıncağın ilk günü İcraiyyə Komitəsinin iclası nəzərdə tutulub. Növbəti 2 gündə AOK-un 39-cu seminarı olacaq. Seminar çərçivəsində “Olimpiya idman növləri”, “Sosial inteqrasiya”, “Qadın və idman”, “İdmanda texnologiya” və s mövzular üzrə çıxışlar ediləcək. Həmçinin, 2020-ci il Tokio və 2024-cü il Paris Yay Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatları gündəlikdə olan məsələlər sırasındadır. 

Minsk-2019 Avropa Oyunları, Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının məruzələri də dinləniləcək. 

AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR