• İDMAN

    00:57 1 may 2019

ÇL: “Ayaks” Londondan qələbə ilə ayrılıb

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmada “Tottenhem” İngiltərədə “Ayaks”ı qəbul edib.

Görüşdə bir qol vurulub. 15-ci dəqiqədə fərqlənən Hollandiya klubu Londondan qələbə ilə ayrılıb. Komandalar arasında cavab oyunu mayın 8-də Amsterdamda baş tutacaq.

Qeyd edək ki, yarımfinalın ilk oyunları çərçivəsində digər matç mayın 1-də keçiriləcək. “Barselona” (İspaniya) öz meydanında “Liverpul”la (İngiltərə) üz-üzə gələcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) – 0:1

Qol: Van De Bek, 15
Baş hakim: Antonio Migel Mateus Lahis (İspaniya)
London. “Tottenhem” stadionu

ONA

Teqlər:

SON XƏBƏRLƏR