ÇL: “Barselona” yarımfinala yüksəlib, “Yuventus” mübarizəni dayandırıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 00:54 17 Aprel 2019

ÇL: “Barselona” yarımfinala yüksəlib, “Yuventus” mübarizəni dayandırıb - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

ONA-nın məlumatına görə, ilk oyun günündə iki yarımfinalçı müəyyənləşib.

İspaniyanın “Barselona” klubu “Mançester Yunayted”lə qarşılaşmada çətinlik çəkməyib. İngiltərədə minimal hesabla qalib gələn kataloniyalılar evdə də qələbə qazanıblar.

Digər yarımfinalçı İtaliyada müəyyənləşib. “Yuventus” Hollandiya “Ayaks”ı ilə dueldə məğlub olub. İlk görüşdəki kimi hesabı Kriştianu Ronaldo açıb. Amsterdamlılar buraxılan qoldan sonra iki dəfə fərqlənərək əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 17-də yekun vurulacaq. “Barselona”nın yarımfinaldakı rəqibi “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə), “Ayaks”ın (Hollandiya) qarşılaşacağı komanda isə “Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə) duelində bəlli olacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 3:0

Qollar: Messi, 16, 20, Koutinyo, 61
Baş hakim: Feliks Brix (Almaniya)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:0

23:00. “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya) – 1:2
Qollar: Ronaldo, 28 – Van de Bek, 34, De Ligt, 67
Baş hakim: Klement Turpin (Fransa)
Turin. “Yuventus” stadionu
İlk oyun – 1:1

OXŞAR XƏBƏRLƏR