• İDMAN

    17:34 29 aprel 2019

ÇL-də yarımfinal start götürür: “Ayaks” “Tottenhem”ın qonağı olacaq

Sabah Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində birinci qarşılaşma Londonda baş tutacaq.

“Tottenhem” öz meydanında “Ayaks”ı sınağa çəkəcək. İngiltərə təmsilçisi görüşə itkilərlə çıxacaq.

Son Xin-Min cəza üzündən yarımfinalın ilk matçını buraxmalıdır. Komandasının lideri Hari Keyn, Mussa Sissoko və Harri Vinks isə zədədən əziyyət çəkirlər.

Hollandiyalılar da səfər görüşünə problemlərlə yollanıb. Hassan Bande, Karel Eytinq və Nusser Mazraui zədə səbəbindən amsterdamlılara kömək edə bilməyəcək.

Bu, komandaların avrokuboklarda ikinci dueli olacaq. Kuboklar kubokunun 1981/82 mövsümündə birinci mərhələdə baş tutan qarşılaşmaların ikisində də londonlular qalib gəlib. Səfərdə 3:1 hesabı ilə qalib gələn İngiltərə klubu evdə 3 cavabsız qol vurub.

Qeyd edək ki, yarımfinalın mayın 1-də ilk oyununu keçirəcək digər cütündə “Barselona” (İspaniya) və “Liverpul” (İngiltərə) üz-üzə gələcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may

23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya)
Baş hakim: Antonio Migel Mateus Lahis (İspaniya)
London. “Tottenhem” stadionu

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR