• İDMAN

    00:56 18 aprel 2019

ÇL: "Liverpul" yarımfinala yüksəlib, "Mançester Siti" mübarizəni dayandırıb - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç baş keçirilib.

İngiltərədə “Mançester Siti” ilə “Tottenhem”in dueli məhsuldarlığı ilə göz oxşayıb. Görüşün ilk 21 dəqiqəsində komandalar 5 qol vurublar. Ümumilikdə isə 7 qolun vurulduğu qarşılaşmada mançesterlilər qalib gəlsələr də, yarımfinala London klubu adlayıb.

İngiltərənin digər təmsilçisi “Liverpul” da yarımfinala yüksəlib. Ötən həftə evdə “Portu”nu iki cavabsız qola qonaq edən mersisaydlılar Portuqaliyada da qələbə qazanıblar.

1/4 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Finalın bir addımlığında “Tottenhem” – “Ayaks” və “Barselona” – “Liverpul” cütləri üz-üzə gələcək. Bu raundun ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri mayın 7-8-də baş tutacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel

23:00. “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:4
Qollar: Militao, 69 – Mane, 26, Salah, 65, Firmino, 77, Van Diyk, 84
Baş hakim: Danni Makkelli (Hollandiya)
Portu. “Draqao” stadionu
İlk oyun – 0:2

23:00. “Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə) – 4:3
Qollar: Sterlinq, 4, 21, Bernardu Silva, 11, Aquero, 59 – Son, 7, 10, Lorente, 73
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester. “Etihad” stadionu
İlk oyun – 0:1

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR