• İDMAN

    09:17 14 mart 2019

ÇL: Ronaldo və Messi həftənin oyunçusu adına namizədlər sırasında yer alıb

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. ONA-nın məlumatına görə, UEFA 1/8 final mərhələsinin son həftəsində fərqlənən dörd futbolçunu müəyyənləşdirib.

Bunlar Kriştianu Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Sadio Mane (“Liverpul”) və Leroy Sanedir (“Mançester Siti”).

Ronaldo “Atletiko” ilə qarşılaşmada (3:0) het-trik müəllifi olubsa, “Lion”la görüşdə (5:1) Messi karyerasında ilk dəfə 2 qol və 2 assistə imza atıb. Mane “Bavariya” ilə qarşılaşmada (3:1) dubl müəllifi olmağı bacarıb. Sane isə “Şalke” ilə dueldə (7:0) bir qol və üç məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR