Sabah Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son matç Amsterdamda keçiriləcək.
Qitənin ən nüfuzlu klub turnirinin ikinci finalçısı Hollandiya “Ayaks”ı ilə İngiltərə “Tottenhem”inin duelində bəlli olacaq. Səfərdə 1:0 hesabı ilə qalib gələn amsterdamlılar bu üstünlüyündən yararlanmağa çalışacaq.
London klubu tarixində ilk dəfə bu turnirin finalına adlamaq arzusundadır. Kuboklar kuboku və UEFA kubokunu qazanmış “Tottenhem” Çempionlar Liqasında eyni uğura doğru irəliləmək üçün Hollandiyada mütləq qalib gəlməlidir.
23 ildən sonra finalda oynamaq imkanı olan “Ayaks” isə 4 dəfə başı üzərinə qaldırdığı kuboka iddialıdır. İndiyədək 6 dəfə həlledici oyunda meydana çıxan hollandiyalılar Madriddə keçiriləcək matça vəsiqə uğrunda mübarizədə daha şanslı hesab olunurlar.
Qeyd edək ki, Çempionlar Liqasının ilk finalçısı bu gün keçiriləcək “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) oyununda müəyyənləşəcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena
İlk oyun – 1:0