İngiltərənin “Liverpul” klubu Çempionlar Liqası tarixinə ilk oyundakı darmadağından sonra mərhələ adlayan 4-cü komanda kimi düşüb.
ONA-nın məlumatına görə, Yurgen Kloppun yetirmələri geridönüşü yarımfinalda gerçəkləşdiriblər.
Mersisaydlılar ötən həftə 0:3 hesabı ilə uduzduqları İspaniya “Barselona”sını “Enfild Roud”da darmadağın ediblər – 4:0. “Liverpul”a qədər üç komanda Çempionlar Liqasının cavab oyununda üç və ya daha çox top fərqli məğlubiyyətin əvəzini çıxa bilib.
2004-cü ildə “Deportivo” (İspaniya) “Milan”a (İtaliya) 1:4 hesablı məğlubiyyətin əvəzini 4:0 ilə çıxıb. Digər iki belə dueldə isə dünənki matçın antiqəhrəmanı “Barselona” iştirak edib.
Kataloniya klubu 2017-ci ildə PSJ-yə Fransadakı 0:4 hesablı məğlubiyyəti 6:1-lə unutdurub. Ötən il isə “Roma”nı 4:1 hesabı ilə yenən ispaniyalılar İtaliyada üç cavabsız qol buraxaraq mübarizəni dayandırıb.