• İDMAN

    21:27 29 may 2019

Covanni Kaprara Azərbaycan millisinin məğlubiyyətini şərh edib

"İspaniya yığması sürətli voleybol oynayan bir komandadır və biz bu gün bir daha buna şahid olduq".

ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Qızıl Avropa Liqasında millimizin İspaniyaya 0:3 hesablı məğlubiyyətini şərh edib. O bildirib ki, ikinci matçda ikinci məğlubiyyəti alsalar da, komandasından razı qalıb: "Rəqibimiz bütün zonalarda da yaxşı oyun göstərdi. Buna baxmayaraq, komandamın oyunundan razı qaldım. Biz bu günki qarşılaşmadan nəticə çıxararaq, növbəti matça daha ciddi hazırlaşmalıyıq. Rəqib Finlandiya yığması olacaq. Onlar da sürətli voleybol oynayan komandadır".

Qeyd edək ki, komandamız Finlandiya ilə iyunun 2-də oynayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR