• İDMAN

    09:17 22 fevral 2019

[b]Cüdoçularımız “Böyük dəbilqə”də mübarizəyə başlayırlar[/b]

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisinin 15 idmançısı mübarizə aparacaq.

Turnirin ilk günü 7 çəki üzrə qaliblər müəyyənləşəcək. Tatamiyə də yığmamızın 7 cüdoçusu çıxacaq. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Davud Məmmədsoy “Böyük dəbilqə”yə 1/16 finaldan başlayacaq. O, ilk cəhdində honkonqlu Martin Lau ilə güləşəcək.

Nicat Şıxəlizadə ilə Orxan Səfərovun (hər ikisi 66 kq) startı ilkin mərhələdən başlayacaq. Onlar müvafiq olaraq, Bojidar Temelkov (Bolqarıstan) və Joao Krisostomo (Portuqaliya) ilə üz-üzə gələcəklər.

Qadınların yarışında 48 kq çəki dərəcəsində Aişə Qurbanlı və Leyla Əliyeva gücünü yoxlayacaq. Bu cüdoçular Natalya Briqida (Braziliya) ilə Militsa Nikoliçlə (Serbiya) qarşılaşacaqlar. Qalib gələcək idmançı 1/8 finala yüksələcək. Püşkdə bəxti gətirməyən Gültac Məmmədəliyeva (52 kq) ilkin mərhələ çərçivəsində rusiyalı Alesya Kuznetsovanı məğlub etməyə çalışacaq.

57 kq çəki dərəcəsində isə milliləşdirilmiş legionerimiz İçinxorlo Munxtsedev 1/16 finalda Rafaela Silvanı (Braziliya) sınağa çəkəcək.

Qeyd edək ki, yarış 3 gün davam edəcək. Digər cüdoçularımız isə növbəti günlərdə mübarizəyə qoşulacaqlar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR