• İDMAN

    10:08 11 may 2019

Daha bir Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.

ONA-nın məlumatına görə, 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finalda iştirak hüququ qazanıb.

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. Həmyerlimiz rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M. Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.

Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmamızın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.

Onlardan fərqli, R. Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. İdmançımız braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR