"Dandolk" və "Qarabağ" matçının start heyətləri açıqlandı
  • İDMAN

  • 22:22 24 İyul 2019

"Dandolk" və "Qarabağ" matçının start heyətləri açıqlandı


Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

APA -nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Dandolk” klubu ilə görüşəcək.

Dandolk şəhərinin “Oriel Park” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi


İlk oyun

24 iyul


22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:Bartoş Frankovski

Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular:20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi:Vinsent Pert.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular:12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi:Qurban Qurbanov.


Dandolk. “Oriel Park” stadionu

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR