• İDMAN

    09:17 26 aprel 2019

Daniel Rikkardo: “Onunla mərc gəlmək istəmirəm”

“Ötən mövsümün gedişində Helmut Marko ilə 1000 avroluq mərcə girmişdim. O, Valtter Bottasın “Mercedes”də qalacağını, mən isə qalmayacağını demişdim”.

ONA-nın məlumatına görə, bu sözləri “Reno”nun pilotu Daniel Rikkardo deyib.

30 yaşlı avstraliyalı Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin mətbuat konfransında üzləşdiyi maraqlı hadisədən danışıb. O bildirib ki, həkim Helmut Marko ilə mərcə girmək heç də asan deyil: “Mərcin yekununda o qalib gəldi. Marko həmişə pul qoyuluşları etməyə çalışır. Əgər o, məbləği qaldırırsa, deməli, nəticəni əvvəlcədən bilir. Mən o qədər də mərci sevən adam deyiləm və pul qoyuluşu etmirəm. Kazinoya da getmirəm. Burda isə Markonun təzyiqi təsirini göstərdi”.

D. Rikkardonun sözlərinə görə, onunla ikinci mərcdən sonra bir daha nəyinsə mübahisəsini etmir: “Növbəti dəfə biz Melbrunda mərc gəldik və mən revanş aldım. O demişdi ki, “Red Bull” təsnifatda “üçlüy”ə düşəcək. Mən isə əksini iddia etmişdim. Yekunda uduzduğum pulu geri qaytardım. Artıq onunla mərc gəlmək istəmirəm. Amma münasibətlərimizdə hər şey qaydasındadır”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün start götürəcək və aprelin 28-də yekunlaşacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR