• İDMAN

    09:55 22 aprel 2019

Daniil Kvyat: “Bakıda divarların trasa yaxın olması yarışa xüsusi şənlik gətirir”

“Bakıda çox xoş tras var ki, burada ən müxtəlif elementlər var və çoxsaylı çağırışlar göz oxşayır. Bu üzdən də ora yollanmaq maraqlıdır”.

ONA-nın məlumatına görə, bu sözləri “Formula-1” üzrə “Toro Rosso” komandasının pilotu Daniil Kvyat deyib.

Rusiyalı idmançı Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Divarların trasa yaxın olması yarışa xüsusi şənlik gətirir. Bu da adrenalinin artması ilə nəticələnir. Bu trasda rəqibləri keçmək üçün daha çox imkan var. Trasın düz hissələri digər avtomobillərlə mübarizə imkanı yaradır. Məsafə çox maraqlı və tələbkardır. Adi küçə treki ilə müqayisədə daha az güc sərf etmək lazımdır. Əyləci basmaq da əlavə çağırışdır. Çünki onu xüsusilə uzun düz yoldan sonra olan birinci döngədə ideal icra etmək lazımdır. Əyləci basmaq nöqtəsi ilə bağlı dəqiq olmaq zəruridir”.

Qeyd edək ki, yarış aprelin 26-28-də keçiriləcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR